Azərbaycana qələbə sevinci yaşadan “Eurovision 2011” təmsilçilərimizdən biri Nigar Camal yeni duetə imza atıb. İfaçı danimarkalı müğənni Karen Vuf ilə duet oxuyub. “Universe” adlı mahnıya çəkilən klip artıq “YouTube” vasitəsilə internet istifadəçilərinin ixtiyarına verilib.
Mahnının müəllifləri Bo Larsen, Liza Keybl və Seymon Borçdur. Klipin rejissoru Kristian Matiassendir (ans press).