London Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Hamid Mohammad Sourian qazandığı mükafatı Güney Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb (ann.az).
Yunan-Roma güləşçisi Hamid Mohammad Sourian 55 kq çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Rövşən Bayramovu məğlub etmişdi..
İki gün əvvəl İranın yunan-roma güləşi üzrə 96 kiloqram çəkidə olimpiya çempionu, əslən azərbaycanlı Qasem Rezai də qızıl medala görə pul mükafatını Güney Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlamışdı.