Azərbaycandan İrana nüvə hissələri keçirilib

Almaniya prokurorluğu İrana nüvə silahı hazırlanması üçün qanunsuz olaraq hissələr keçirmiş dörd alman vətəndaşını həbs edib. Bu barədə məlumatı «BBC»i yayıb. Saxlanılanlardan üçü milliyyətcə farsdır. Onlar İrana qarşı tətbiq olunan ticarət embarqosunu pozmaqda ittiham olunurlar.
Prokurorluğun mətbuat xidmətinin rəhbəri Markus Keller bildirib ki, məhz saxlanılanların 2010 və 2011-ci illərdə İranda nüvə reaktorunun tikintisi zamanı gərəkli olan klapanları keçirdiyi iddia olunur. Dəyəri bir neçə miylon avro olan qanunsuz alqı-satqı əməliyyatında Azərbaycan və Türkiyədəki saxta kampaniyaların adlarından istifadə olunub.

İnformasiya şöbəsi