Avqustun 15-də Bakı vaxtılə saat 13:00-da Ankarada Uluslarası Güney Azərbaycan Türkləri Konseynin təşkilatçılığı ilə Güney Azərbaycanın Qaradağ bölgəsində baş verən zəlzələ qurbanlarına dəstək məqsədilə aksiya keçirilib.
Aksiyada 40 nəfərdən çox insan iştirak edib. Aksiyaçılar şüarlarla İranın Ankaradakı səfirliyinə doğru yürüş ediblər. Akisyada “Başın sağ olsun Azərbaycan”, “Azərbaycan qan ağlayır, İran onun qətlinə fərman verir”, ”Stop rasiszm” şüarları səsləndirilib. Aksiya iştirakçıları İran səfriliyninin qarşısına gələrək bəyanatlarını səsləndiriblər.
Bəyanatda İran hökümətindən zəlzələ ilə bağlı ölənlərin sayının düzgün göstərilməsi, büdcədən ölən və yaralılar üçün pul ayrılması, zəlzələdə insanları dağıntılar altından könüllü olaraq çıxartmaq istəyənlərin sərbəst buraxılması, ciddi zərər görmüş Səttarxan körpüsünün bərpası tələb olunur.
Aksiya iştirakçıları bəyanatı səfirliyə təqdim etmək istəsələr də polis buna imkan verməyib (contact.az).
Ankarada Güney Azərbaycana dəstək aksiyası (VİDEO)
•