Əsəd rejimi ölkənin 30 faizinə nəzarlət edir

Suriya İslam Əməkdaşlıq Təşkilatından çıxarılır

Bəşər Əsəd rejimi ölkənin cəmi 30 faizinə nəzarət edir. Bunu İordaniyaya qaçmış Suriyanın keçmiş baş naziri Riyad Hicab Ammanda keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Suriya rejimi hərbi, iqtisadi və mənəvi baxımdan iflas olub və onun yıxılması qaçılmazdır. Keçmiş baş nazir üsyançıları Əsədə qarşı mübarizəni davam etdirməyə çağırıb.
Suriyadakı beynəlxalq müşahidəçilərin rəhbəri Babakar Qe bildirib ki, münaqişə getdikcə yayılır və bunun qarşısı alınmalıdır. BMT-nin hümanitar məsələlər üzrə idarəsinin rəhbəri Valerie Amos Suriyada yaranmış hümanitar böhranı müzakirə etmək üçün bu ölkəyə gedib.
Səduyyə Ərəbistanında isə İslam Əməkdaşlıq Təşkilatının 2 günlük sammiti başlanır. Sammitdə Suriyanın təşkilata üzvlüyünün dayandırılması məsələsi də müzakirə olunacaq (“Azadlıq” radiosu).