Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən Lent.az-a bildirilib ki, tüstülənmədən sonra boşaldılan “İçərişəhər” stansiyasında müvafiq təhlükəsizlik tədbirləri görülüb. Bir neçə dəqiqə əvvəl stansiyanın qapıları yenidən sərnişinlərin üzünə açılıb.
***
Bu gün saat 18 radələrində Bakı metropoliteninin “İçərişəhər” stansiyasında qəza baş verib. Stansiyada partlayış səsi eşidilib, platformalarını və tuneli tüstü bürüyüb. Dərhal sərnişinlər stansiyadan çıxarılıb. Əraziyə xeyli polis, xilasedici cəlb edilib.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov Lent.az-a bildirib ki, stansiyaya gələn tuneldə qəza baş verib: “Orda yüksək gərginlikli kabellərdə qəza olub. Tüstülənmə baş verdiyinə görə, məcbur olduq ki, stansiyanı bağlayaq. Hazırda əməkdaşlarımız işləyirlər”.
E.Muradov bildirib ki, mümkün olan ən qısa müddətdə “İçərişəhər” stansiyası işini bərpa edəcək.