İranlı olimpiya çempionu qızıl medala görə pul mükafatını zəlzələdən zərər çəkənlərə verib. Yunan-roma güləşi üzrə 96 kiloqram çəkidə olimpiya çempionu olan Qasem Rezai qızıl medala görə pul mükafatını Şərqi Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlayıb.
O bildirib ki, onun qələbəsi üçün milyonlarla həmvətənlisi dua edib: “Qızıl medal mənim 15 il ərzindəki hər gün çəkdiyim əziyyətin bəhrəsidir. Əgər mənim bu kiçik yardımım zərərçəkənlərin əzablarını cüzi də olsa azaldarsa, xoşbəxt olaram” (salamnews).