14avqust-manseti2

Diplomatik Akademiya ətrafında qalmaqal

14avqust-manseti2Sağ əli Hafiz Paşayevi pis vəziyyətə salıb; İlham Əliyev bərk hiddətlənib

Azərbaycan Diplomatik Akademiyası (ADA) üçün yeni binanın tikilməsilə bağlı maraqlı məlumatlar əldə etmişik. Məlumat üçün deyək ki, binanın tikintisinə 2009-cu ildə başlanılıb.
Bina üçün 40 hektar əraziyə malik olan Dədə Qorqud parkında 3 hektar sahə ayrılıb. Akdemiyanın rektoru Hafiz Paşayev 2009-cu il yanvarın 28-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, tikinti işləri 2011-ci ildə tamamlanacaq. Hafiz Paşayevin dedikləri baş vermədi. Məlumatlara görə, sonradan qərara alınıb ki, bu ilin sentyabrın 3-də binanın açılışı edilsin. Lakin bina hələ də hazır deyil və hazır olması üçün də xeyli iş görülməlidir. Sentyabrın 3-nə qədər isə işləri yekunlaşdırmaq mümkün olmayacaq.
Məlumatlarda bildirilir ki, binanın yubanması maliyyə çatışmazlığı ilə bağlıdır. Yeri gəlmişkən, binanın tikintisini AIKON şirkəti aparır. Bu şirkət vergilər naziri Fazil Məmmədova məxsusdur. Tikinti işlərinə nəzarəti isə Hafiz Paşayevə yaxınlığı ilə seçilən Qalib Məmməd adlı şəxs həyata keçirir. Bu şəxsin ABŞ vətəndaşı olduğu bildirilir. Tikintiyə ayrılan maliyyə vəsaiti də məhz Qalib Məmmədin əlindən keçir. Indiyə qədər tikinyə 98 milyon manat pul ayrılıb. Amma bu vəsait “bəs eləməyib”. Məlumatlarda deyilir ki, Hafiz Paşayev baş verənlərdən bərk hiddətlənib. Və onun göstərişilə ayrılan vəsaitin hara xərclənməsilə ilə bağlı ciddi araşdırmalara başlanılıb.
Məlumatlara görə, Qalib Məmməd ölkə başçısı Ilham Əliyevi də qəzəbləndirib. O, binanın tikildiyi parkda xeyli ağacın kəsilməsinə göstəriş verib. Bunu yeraltı istilik sisteminin çəkiləcəyi ilə izah edib. Lakin Ilham Əliyev həmin ərazidən keçərkən ağacların kəsildiyini görüb bərk hiddətlənib. Hafiz Paşayevin də məsələyə müdaxiləsi nəticə verməyib. Ilham Əliyev iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova parkı qaydaya salmağı tapşırıb.

Informasiya şöbəsi