Deputatlara sayt qadağası

milli-meclisPrezident Administrasiyasından Oqtay Əsədova nə siyahı göndərilib?

Hökumətyönlü xəbər portallarından birində dərc edilən bir materiall  Prezident Administrasiyasında qıcıq yaradıb.
Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, hətta ölkə başçısı Ilham Əliyev də həmin materiala nəzər yetirib və əsəbiləşib. Dərhal xəbər portalı ilə araşdırma aparılıb. Bəlli olub ki, bu xəbər portalını deputatlardan biri maliyyələşdirilir. Bu Ilham Əliyevi daha da hiddətləndirib. Ölkə başçısı göstəriş verib ki, belə hallar aradan qaldırılmalıdır. Bundan sonra saytlarla bağlı ciddi araşdırma aparılıb və 10-a yaxın deputatın birbaşa və ya dolayısı ilə həmin saytları maliyyələşdirdikləri üzə çıxıb. Prezident Administrasiyası həmin deputatların siyahısını Milli Məclisin spikeri Oqtay Əsədova yollayıb. Spiker isə öz növbəsində adı siyahıda olan deputatlara təpinib. Oqtay Əsədov onlara bildirib ki, deputatların KIV-ləri maliyyələşdirilməsi yolverilməzdir və buna son qoyulmalıdır. Əks təqdirdə bu cür addımlar atan deputatlar barəsində ciddi tədbir görüləcək.
Qeyd edək ki, bu məsələnin gündəmə gəlməsinə səbəb olmuş saytın və onu maliyyələşdirən deputatın adı da bizə bəllidir. Sadəcə dəqiqləşdirmələr apardığımızdan yazmırıq.

Hikmət