Məşhur maliyyəçi, milyarder Corc Soros 82 yaşında üçüncü dəfə evlənib. Rusiya KİV-in xəbərinə görə, Sorosun xanımı yaşca özündən iki dəfə kiçik olan Tamiko Boltondur. Mərasim Nyu-York ştatının Sautgempton şəhərində çox kiçik bir çevrədə baş tutub. Milyarder 40 yaşlı Boltona “Graff” brilyant satışı şirkətindən bahalı üzük hədiyyə edib.
Sorosla Bolton 2008-ci ilin yazında tanış olublar.