Tikinti işlərinin aparılması ilə əlaqədar Bakı Metropoliteninin müvəqqəti bağlanmış 5 stansıyası (“20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” ) bu gün səhər açılıb və sərnişinlərin hərəkəti təmin edilib. Bu barədə Trend-ə Bakı Metropoliteninindən məlumat verilib.
Məlumata görə, “Avtovağzal” stansıyasının və “Memar Əcəmi”nin 2-ci çıxışının inşası ilə əlaqədar “20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının fəaliyyəti ikinci dəfə də bir neçə günlüyə dayandırılacaq. Bununla bağlı yaxın günlərdə elan veriləcək.