Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. APA-nın xəbərinə görə, hadisə bu gün Ağdamın Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində qeydə alınıb. Ermənilərin açdığı atəş nəticəsində şəhid olan əsgər Ruşanov Mirzəməhəmməd Faiq oğlu bu ilin yanvar ayında Bakının Yasamal rayonundan hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev məlumatı təsdiqləyib.
Daha bir əsgərimiz şəhid oldu
•