Bu yay Bakıda 100 nəfərdən artıq insanı gün vurub

Onların əksəriyyəti xəstəxanalara yerləşdirilib

Bu yay Bakıda 103 nəfər günvurma ilə əlaqədar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edib. Stansiyanın Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanin ANS PRESS-ə verdiyi məlumata görə, onların 30-u xəstəxanaya yerləşdirilib. Son 2 gün ərzində Bakıda 2 nəfəri gün vurub. Onların biri 9 yaşlı qız, digəri isə 43 yaşlı qadın olub.

Yay ayı dövründə, həmçinin 39 nəfər ilan sancması diaqnozu ilə BŞTTTYS-ə müraciət edib Onların 38-i xəstəxanaya yerləşdirilib.

Ötən gün də ilan sancması baş verib. Belə ki, Qaradağ rayonundakı daş karxanasının yaxınlığında baş verib. Orada 36 yaşlı kişini ilan sancıb, o, xəstəxanaya yerləşdirilib.