London-2012: Belaruslu çempion qızıl medaldan məhrum edildi

Belaruslu nüvə itələyən Nadejda Ostapçuk 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı qızıl medaldan məhrum edilib. Lent.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (İOC) 32 yaşlı idmançının orqanizmindən metenolonun tapıldığını xəbər verib.

Bu maddə 2012-ci ildən istifadəsi qadağan olunmuş dərmanlar sırasına daxil edilib. İOC-un qərarı ilə Ostapçukun qızıl medalı ikinci yeri tutmuş yeni zelandiyalı Valeriya Adamsa verilib. Rusiyalı Yevgeniya Kolodko gümüş, çinli Lijiao Qonq bürünc medala layiq görülüb.

Bununla da Belarus 2 qızıl, 5 gümüş, 5 bürünc medalla ümumi sıralamada 27-ci pilləyə enib.