Əli Kərimli Təbrizdəki zəlzələ ilə bağlı başsağlığı verdi; FHN-i görәvә çağırdı

“Dünən Güney Azərbaycanda baş verən təbi fəlakət nəticəsində yüzlərlə soydaşımız həlak olub, minlərlə insan isə yaralanıb. Bu ağır faciəyə görə bütün millətimizə, xüsusilə də faciə qurbanlarının yaxınlarına dərin hüznlə  baş sağlığı verir, millətimizin başı sağ olsun deyirəm. İnanıram ki, bizim əlimiz çatmasa da güneyli bacı qardaşlarımız yardımlaşmaq və ayaqda durmaq üçün əllərindən gələni edəcəklər. Hesab edirəm ki, bu ağır sınaq anında Azərbaycan dövləti və cəmiyyəti də bütün imkan və resurslarını faciə qurbanlarının xilasına yönəltməli,  FHN-nin xilasediciləri zəlzələ qurbanlarını xilas etməyə tələsməlidirlər”.

Bu fikirlər Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin bəyanatında səslənir. AXCP sədri fəlakət qurbanlarına yardım etmək istəyən Azərbaycan vətəndaşlarına  İranın Azərbaycandaki səfirliyinin  şərait yaratmaması barədə məlumatlardan təəccübləndiyini bildirib. İstərdim ki, İranın Bakıdakı səfirliyi bu yanlışı aradan qaldırsın. Azərbaycan vətəndaşlarının öz soydaşları olan faciə qurbanlarına bu ağır anlarda kömək etmək istəkləri təbiidir və İran dövləti tərəfindən anlayışla qarşılanmalıdır.

İnformasiya şöbəsi