Türkiyə ilə ABŞ Əsədə qarşı birgə plan hazırlayır

Hillari Klintonla Əhməd Davudoğlu Suriyadakı keçid prosesini müzakirə ediblər

ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə səfər edib. Dövlət katibinin türkiyəli həmkarı Əhməd Davuodğlu ilə görüşündə əsas müzakirə mövsuzu Suriya olub. Mətbuata qapalı keçən görüşdən sonra hər iki rəsmi jurnalistlərin suallarını cavablandırıb. Mətbuat konfransında çıxış edən Hillari Klinton Türkiyə ilə ABŞ-ın Suriyada ortaq əməliyyat planı üzərinə çalışdıqlarını söyləyib.

Birgə planın detallarını açıqlamayan Klinton planda hərbi məsuliyyətlərinin olduğunu bildirib. Davudoğlu isə Hillari Klintonla Suriyada keçid prosesinin ən qısa müddətdə tamamlanması və keçid dövründə hər hansı bir güc boşluğunun meydana gəlməməsi məsələsində müzakirələr apardıqlarını söyləyib. O, Suriyada keçid prosesiylə bağlı Türkiyə ilə ABŞ-ın razılıq əldə etdiyini deyib.