Xalqa divan tutan Əsəd rejimi günahı başqlarında axtarır
Suriya rejimi ölkədə 17 aydır davam edən qarşıdurmalar səbəbi Türkiyəyə ağır ittihamlar səsləndirib. Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri təşkilatın Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib ki, ABŞ, Səudiyyə Ərəbistanı və Qətər Türkiyədəki mərkəzlər vasitəsilə suriyalı üsyançıları idarə edir. Əsəd əleyhdarlarına kəşfiyyat və hərbi dəstək verirlər.
Diplomat Türkiyə və digər ölkələri silahlı terror qruplarını qorumaq, hazırlamaq və silahlandırmaqda günahlandırıb. Məktubda yazılıb ki, Türkiyə sərhədləri daxilində İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və Qətərin kəşfiyyat xidmətlərinin idarə etdiyi hərbi əməliyyat mərkəzləri qurulub. Bu mərkəzlər terrorçuların Hələbdə və digər şəhərlərdə Suriya vətəndaşlarına qarşı hücumları idarə edir. Cəfəri ABŞ, Fransa, İngiltərə və Türkiyəni bölgənin sabitliyini dəyişdirməyə və ətraf ölkələri Qərbin hegemonluğuna boyun əydirməyə çalışdığını yazıb.