Murad Cabbarlı direktoru olduğu Fındıq Emalı Müəssisəsində narazalıq yaradıb
Şəkinin sabiq icra başçısı, hazırda Fındıq Emalı Müəssisəsinin direktoru vəzifəsində çalışan Murad Cabbarlının başı yenə qalmaqaldadır.
Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, Murad Cabbarlı zavoda rəhbər təyin edildiyi gündən işçilər arasında narazılıq yaradıb. Artıq narazılıq o həddə çatıb ki, işçilər açıq şəkildə zavod direktoruna qarşı çıxırlar. Bununla bağlı qəzetimizə çoxsaylı məlumatlar daxil olub. Yaxın vaxtlarda həmin məlumatları oxucuların diqqətinə çatdıracağıq.
Xatırladaq ki, Murad Cabbarlı 2010-cu ilin aprel ayının 21-də Şəki Şəhər Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2011-gi il fevralın 3-də Şəkidə yerli sahibkar Hikmət Səlimov özünü Kiş çayının üzərindəki körpüdən ataraq intihar edib. Buna səbəb isə yerli məmurların onun dükanını qanunsuz sökməsi olub. Hadisədən sonra cinayət işi açılıb və icra başçısının müavini Eldəniz Qəhrəmanovla baş memar Yusif Abdurrəhmanov həbs olunub. Həmin vaxt icra başçısı həbsdən yaxa qurtarsa da, az sonra, 2011-ci il mayın 24-də dövlət başçısının sərəncamı ilə işdən azad edilib.
Lakin Murad Cabbarlının himayədarı Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev onu işçiz qoymayıb. Işdən çıxarılmasından az keçmiş onu sahibi olduğu Fındıq Emalı Müəssisəsinin direktoru təyin edib.
Hikmət