İrana yeni kiberhücum

“Qaus” virusu Tehran rejiminin nüvə proqramını hədəf alan “Fleym” virusu ilə eynilik təşkil edir

Rusiyaya məxsus “Kasperskiy” komputer təhlkəsizliyi labarotoriyası yeni “Qaus” adlı kompüter virusu aşkarlayıb. Labarotoriya əməkdaşlarının sözlərinə görə, kibersilah sayılan virus Yaxın Şərq ölkələri arasında daha çox yayılıb. İndiyə qədər virusun 2500-dən çox kompüter sisteminə bulaşdığı bildirilir. Virus bank köçürmələri əməliyyatlarını izləyərək istifədəçinin kodlarını oğurlaya bilir.

Labaratoriyanın əməkdaşları bildirib ki, “Qaus” bir qədər əvvəl yaradılmış “Fleym” adlı virusla eyniyyət təşkil edir. Onların sözlərinə görə, hər iki proqramın kod bazası eyni mənbədən yüklənilir. Əlavə edək ki, “Fleym” virusu eyni zamanda “Staksnet” virus proqramı ilə də əlaqədərdir. Bu proqram İrana qarşı kiberatak məqsədilə hazılanmış proqram olub. Məlumata görə, iki əvvəl “Staksnet” virusu İranın nüvə infrastrukturu ilə bağlı məlumatları oğurlaya bilib. Proqramın İsrail və Birləşmiş Ştatlar tərəfindən hazırlandığı bildirilir.