boks-london-qalmaqal

Azərbaycanla bağlı boks qalmaqalı partladı

boks-london-qalmaqalBBC 10 milyonluq rüşvət ittihamını təkrarladı; Heyədrov üsyan etdi; AİBA məhkəməyə üz tutdu

BBC-nin “Newsnight” proqramı avqustun 10-da efirə gedən son buraxılışında Azərbaycanın London Olimpiadasında boksçuların qələbəsi üçün rüşvət verdiyi iddialarını yenidən təkrarlayıb.

Proqramda bildirilib ki, ötən həftə finalda Azərbaycan boksçusu Məhəmməd Əbdulhəmidovun yaponiyalı həmkarı üzərində, altı dəfə yerə yıxılmasına baxmayaraq, “qələbə qazanması” şübhə yaradıb. Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) yalnız yaponların etirazından sonra qərarı dəyişib və Türkmənistandan olan referi Olimpiya yarışlarından kənarlaşdırılıb. Hadisədən dörd gün sonra isə başqa Azərbaycan boksçusu beloruslu idmançını udub. Bu qələbə qərarı da şübhəyə səbəb olub. Belorus nümayəndə heyəti AİBA-ya müraciət etsə də, qərar dəyişməyib və azərbaycanlı Teymur Məmmədov hazırda yarım-finaldadır (Teymur Məmmədov avqustun 10-da keçirilən yarışda italiyalı rəqibinə məğlub olaraq bürünc medalla kifayətlənib – red).

Xatırladaq ki, Azərbaycanın AİBA-ya rüşvət verdiyi iddiasını BBC ilk dəfə ötən ilin sentyabrında efirə vermişdi. O zaman «Newsnight» proqramının sənədli verilişində iddia edilirdi ki, Azərbaycan London Olimpiadasında 2 boksuçunu qalib etmək üçün AIBA-ya milyonlarla dollar rüşvət verib.

Avqustun 10-da efirə gedən verilişdə məsələ ilə bağlı AİBA prezidenti Çinq Kuo Vunun da mövqeyi əksini tapıb. AİBA prezidenti “Newsnight” proqramına bi ittihamın doğru olmadığını bildirib: “AİBA-nın Azərbaycandan London Olimpiya Oyunlarında iki qızıl medala görə 10 milyon dollar rüşvət alması ittihamları doğru deyil və mən BBC-nin bunu yayımlamasından təəssüf edirəm. Mən son altı ildə həvəskar boksu əvvəlki administrasiyanın korrupsiya sensasiyalarından təmizləmək üçün çox çalışmışam. Olimpiya Oyunlarında qızıl medal qazanmağın bir yolu var. Bu, məşq etmək və yaxşı döyüşməkdir. Yaxşı məşq etmiş iki Azərbaycan boksçusunun karyerası bu ittihamlarla zədələnib”.

“Azadlıq” radiosu isə xəbər verir ki, AİBA rüşvət itthamını yenidən səsləndirdiyi üçün BBC-ni məhkəməyə vermək qərarına gəlib. Qurumun rəsmiləri bildiriblər ki, Olimpiada qurtaran kimi BBC-ni məhkəməyə verəcəklər.
AIBA-nın prezidenti bəyan edib ki, BBC-nin davamlı olaraq təşkilatı gözdən salmaq cəhdləri onları telekanalı məhkəməyə vermək məcburiyyəti qarşısında qoyub. O, telekanala qarşı böhtan iddiasının işlənib hazırlanmasını PSB hüquq firmasına sifariş etdiyini də bildirib.

Bu arada Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Olimpiadada boksçularımıza qarşı qərəzli mövqe göstərildiyi iddiası ilə AİBA-ya yazılı etiraz edib. Etiraz avqustun 10-da Teymur Məmmədovun yarımfinaldakı çıxışından sonra təqdim olunub. Federasiya prezidenti Olimpiadada hakimlərin Azərbaycan boksçularına qarşı ədalətsiz mövqe tutmalarından narazılığını ifadə edib.
Bundan başqa boksçumuz Məhəmmədrəsul Məcidov da AİBA-ya yazılı şikayət edib.

Baş verənlərə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də münasibət bildirib. O, “Azadlıq” radiosuna müsahibəsində AİBA-nı ittiham edib: “Mənə elə gəlir ki, AIBA özünü BBC qarşısında təmizə, saflığa çıxarmaq üçün belə bir addım atdı. Bununla da AIBA göstərmək istəyir ki, Azərbaycanla onların arasında heç bir yaxınlıq olmayıb və yoxdur da. Burda nə elədilər ancaq Azərbaycanın əleyhinə elədilər”.
A.Əbiyev AIBA-nın BBC-ni məhkəməyə vermək istəyini də səmimi qəbul etməyib: “Nə məhkəməyə vermək. BBC-yə elə AIBA-nın özü deyib hər şeyi. Baş verənlər elə AIBA-nın öz işidir. Bu təşkilat başdan ayağa qalmaqaldır. Ona görə ki, boksdan xəbəri olmayan adamları yığıblar ora. Biznesmenlər gəlib dolub bu quruma, hamısı da bizneslə məşğuldur”.

İnformasiya şöbəsi