“Palazzo Diedo”ya milyonlar verməyə hazır olan azərbaycanlı kimdir?
Ağır iqtisadi böhran Italiya hökumətini bir sıra tarixi sarayları hərraca çıxarmağa məcbur edib. Rusiyanın dni.ru saytının yazdığına görə, artıq 350 tarixi abidə Italiya hökuməti tərəfindən müəyyən edilmiş hərracda satışa çıxarılacaq. Rəsmi Roma sarayların satışından rekord həcmdə 42 milyard avro gəlir götürməyi planlaşdırır.
Ilkin mərhələdə satılacaq saraylardan Italiyanın 2 milyard yarım qazanacağı iddia olunur. Artıq hərraca çıxarılan saraylar da məlumdur.
Öz tarixi abidələrini satıb-satmaması əslində Italiya hökumətinin öz qayğısıdır. Bizi maraqlandıran satışa çıxarılacaq tarixi binalardan birinə Azərbaycandan olan sifarişdir. Rusiya mətbuatı Italiya KIV-ə istinadən yazdığına görə, Romadakı 18-ci əsrə aid olan saraylardan birinə rusiyalı milyarder Aleksey Xan iddia edir.
Ən maraqlısı Azərbaycandan adı bəlli olmayan bir nəfərin Venesiyadakı 19-cu əsrdə tikilmiş Palazzo Diedo sarayını almaq istəməsidir. Saraya ilkin olaraq 31 milyon avro qiymət qoyulub. Amma hərrac zamanı qiymətin artacağı da istisna deyil.
Ervin Mirzə