azerb-xerite

Azərbaycana kürd köçü

azerb-xeriteBölgələrə yerləşdirilən kürd ailələri haradan gəlib?

Azərbaycanın müxtəlif bölgələrinə kütləvi şəkildə kürd ailələrinin köçürülməsi prosesi davam edir. Xatırladaq ki, “Hüriyyət” qəzeti son sayında məlumat yaymışdı ki, kürd ailələri Bakının Buzovna qəsəbəsinə köçürülür.
Məlumatda deyilirdi ki, onlar qəsəbənin ən baxımlı ərazilərində yerləşdiriliri və təsərrüfatla təmin edilirlər. Məskunlaşdığı ərazilərdə yerli əhali ilə təmaslardan qaçan, həddindən artıq davakar olan yeni ailələrin haradan köçürüldüyü məlum deyil. Ilkin ehtimallara görə isə bu şəxslər əvvəllər Iraqda yaşayıblar. Köçürülən kürd ailələri yerli əhali ilə yalnız dava və intiriqalar zamanı üz-üzə gəlirlər. Vətəndaşların sözlərinə görə, qaraqabaq, sərt, kobudluq və ləhcələri ilə seçilən bu adamların heç bir qayda və qanuna məhəl qoymaması yerli əhalinin narazılığına səbəb olur.
Dünən məlumat almışıq ki, daha 120 kürd ailəsi Lerik rayonuna, 70 kürd ailəsi ilə Qubanın Alpan kəndinə köçürülüb. Bu ailələrin də haradan gəldiyi bəlli deyil. Onların PKK ilə ilişgilərinin olub-olmadığı da bilinmir. Bəlli olan odur ki, Lerikə və Qubaya köçürülən kürd ailələri ən yüksək səviyyədə himayə olunurlar. Onlara da Buzovnaya köçürülən kürd ailələri kimi ən yaxşı ərazilər ayrılır və bu ailələr təsərrüfatla təmin olunurlar.