Taekvandoçumuz Olimpia çempionunu məğlub etdi

Bu gün London Olimpiadasında taekvandoçuların mübarizəsinə start verilib. Taekvandoçularımızdan ilk olaraq Ramin Əzizov (80 kq) mübarizəyə başlayıb. Təmsilçimiz ilk döyüşündə güclü rəqib olan ABŞ idmançısı Stiven Lopeslə qarşılaşıb.

Döyüşün ilk hissəsi ABŞ idmançısının 1:0 hesablı qələbəsilə yekunlaşıb. İkinci hissə isə həmyerlimizin qələbəsilə yekunlaşıb. Ramin Əzizov beşqat dünya və ikiqat Olimpia çempionu qarşısında hissəni 2:1 hesablı qələbə ilə başa vurub. Son hissədə isə 3:2 hesablı qələbəsi qeydə alınıb.

Ümumi hesabda qalib gələn idmançımız növbəti mərhələyə vəsiqə qazanıb (ans press).