«Standard & Poor’s»a görə, neft gəlirlərindən birbaşa asılı olan Rusiya yaxın gələcəkdə ciddi problemlərdən sığortalanmayıb
Rusiyanın əsas bəlası təqdim edildiyi kimi pis yollar deyil, zəif siyasi, iqtisadi və hüquqi institutların zəif olmasındadır. Bu rəyə dünyanın tanınmış «Standard & Poor’s» təşkilatının ekspertləri gəlib. Rusiyada son iqtisadi artımın sırf xam neftdən asılı olduğunu vurğulayan analitiklər hesab edir ki, siyasi elitanın ölkədəki vəziyyəti dəyişmək niyyətində olmaması acanıcaqlı situasiya yaradıb.
Təşkilatın hesabatında vurğulanır ki, hazırda Rusiya iqtisadiyyatının xarici təsirlərə davamlı olmasının qarşısını bir sıra ciddi amillər almaqdadır. Onlar sırasında iqtisadiyyatda dövlətin fəaliyyətinin əhəmiyyətli dərəcədə olmasını, əlverişli investisiya mühütünün və rəqabətin yoxluğunu, korrupsiyanı göstərmək olar. Bu baxımdan «Standard & Poor’s»un analitikləri yaxın perspektivdə Rusiya iqtisadiyyatında sürətli inkişaf templəri gözləmirlər. Hesablamalara görə, ÜDM-də 2013-2015-ci illərdə yalnız 3.5 faiz artım gözlənilə bilər. Qeyd edək ki, «Bank of America Merrill Lynch» Rusiya ilə bağlı oxşar proqnozla çıxış etmişdi. Bankın hesabalamalarına görə, 2020-ci ilə qədər Rusiyada ÜDM-in artımı ən yaxşı halda 3.9 faiz ola bilər.
Araşdırmalara görə, yaxın on il ərzində Rusiya iqtisadiyyatında əsas yeri xammal istehsalı tutacaq. İqtisadiyyat üçün daha bir təhlükəli məqam isə bir sıra şirkətlərin əldə olunan gəlirləri «vergi oazislərinə» yatırmalarıdır. Məsələn, son illər Rusiyadan Kiprə yatırımların sayı bir neçə dəfə artıb. Burada yaradılan ofşor neft kompaniyaları vasitəsilə Rusiyada nefti nemalı bazar qiymətindən aşağı həyata keçirilir. Əldə olunan gəlir isə yenidən Kiprə qaytarılır. Bu isə hər il üçün ÜDM-in artımını 5 faiz zəfilədir.
Amerikanın ən iri komersiya bankı olan «Morgan Stanley» də Rusiyanın neft problemlərini bir müddət əvvəl gündəmə gətirmişdi. Bankın ekspertləri vurğulamışdılar ki, bahalı neftin vaxtı keçir və Rusiyanın bu resursun üzərində qurduğu iqtisadiyyat sabun köpüyü kimi partlayacaq. Neftin qiyməti isə yaxın 20 ildə bir daha qalxmayacaq.
Bütün bunlar isə Rusiyanın iqtisadiyyatında diversifikasiyanın aparılmaması ilə bağlıdır. Yəni ölkə iqtisadiyyatı bir başa neft gəlirlərindən asılıdır. Bunu Vladimir Putin də etiraf edib. Onun da fikrincə, neftdən asılı olmayan yeni iqtisadiyyat qurulmalıdır.
Rusiyada zəruri iqtisadi və siyasi islahatların aparılmasının başlıca əngəli kimi siyasi rejim göstərilib. Vurğulanıb ki, Rusiyada islahatların qarşısını hakimiyyətin nüfuz sahibi olmaması əngələyir. «Standard & Poor’s»un ekspertləri vurğulayır: «Seçkidən sonra siyasi elitanın tərkibi dəyişmədiyindən ölkədə durumun dəyişdirilməsi ilə bağlı yeni yanaşmanın olacağını gözləmirik. Bundan başqa ölkədə etiraz dalğasının güclənməsi hakimiyyətdəki siyasi liderlərin zəiflədiyinin görsənişidir və heç inandırıcı deyil ki, onlar hazırkı durumda həsas islahatlara razılıq versinlər».
Təşkilat analitikləri Rusiyanın bundan sonrakı siyasi kursu ilə bağlı ümumiyyətlə proqnoz verməkdən çəkinirlər. Çünki hakimiyyətdaxili qruplaşmaların mübarizəsinin fonunda belə bir proqnoz vermək olduqca çətindir. Putin Rusiyada siyasi elitada əsas dominantlıq edən fiqur kimi göstərilsə də, bununla belə vurğulanır ki, o əvvəlkitək öz iradəsinə uyğun olaraq dövlətin siyasi kursunu müəyyən edə bilməyəcək.
Son olaraq onu da vurğulamaq istərdik ki, sadalanan problemlərin demək olar ki, hamısı Azərbaycandakı qurluş üçün də xasdır. Hazırda Azərbaycan iqtisadiyyatı da yalnız neft gəlirlərindən asılı vəziyyətə salınıb və Rusiya üçün verilən bu proqnoz neftdən başqa sahəsi inkişaf etməmiş Azərbaycan iqtisadiyyatının çox ağır vəziyyətə düşəcəyinə şübhə yeri qoymur. Çünki ötən müddət ərzində ölkəyə daxil olan neft pulları Rusiyada olduğu kimi də Azərbaycanda da yalnız infrastruktur layihələrinin reallaşdırılmasına xərclənib. Halbuki bu pullar hesabına iqtisadiyyatın digər sahələrini də gücləndirmək olardı.
Xəyal