Obama rəqibini üstələdi

CNN-nin son rəy sorğusu Ağ ev rəhbərinin respublikaçı namizədi geridə qoyduğunu göstərir

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca rəqiblərin seçicilər arasında reytinqləri mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Bir neçə ay öncəyə qədər Ağ evin indiki rəhbəri Barak Obama və ABŞ prezidentliyinə respublikaçıların namizədi Mit Romni arasında elə də böyük fərq nəzərə çarpmırdı. Bir müddət hər iki rəqibin reytinqi bərabər qiymətləndirilirdi. Lakin CNN kanalının keçirdiyi sonuncu rəy sorğusunun nəticələrinə görə, ABŞ prezidenti Barak Obama rəqibi Mit Romnini gerdiə qoyub.

Rəy sorğusunundan sonra məlum olub ki, qeydiyyata alınmış seçicilərin 52 faizi Obamaya, 45 faizi isə Romniyə səs verəcəyi proqnozlaşdırılır. CNN bildirir ki, Obamanın Romnini geridə qoymasının əsas səbəblərindən biri də repsublikaçı namizədin daha çox varlı amerikalıların maraqlarına uyğun kampaniya aparmasıdır. Romni sadə amerikalıları düşündürən iqtisadi islahatlara meylli deyil.