ilham aliyev-mashin

Əliyevin yarım milyonluq maşını

ilham aliyev-mashinAzərbaycan rəhbəri ABŞ prezidentinin avtomobilindən bahalı maşında gəzir

Rusiyanın “RBK” xəbər portalı bir neçə dövlət başçısının istifadə etdiyi xidməti avtomobillərin sıyahısını açıqlayıb. Siyahıda Azərbaycan rəhbəri İlham Əliyevin də adı var. Almaniya prezidenti Yohahim Qaukun rəsmi avtomobili zirehli “Mercedes-Benz S600”-dur. Bundan əlavə o tez-tez “Audi A8”-dən də istifadə edir. ABŞ prezidenti Barak Obamanın zirehli “Cadillac”ını qeyri-rəsmi “Əjdaha” da adlandırırlar. Prezidentin ölkə daxilində və xarici səfərlərdə istifadə etdiyi “Cadillac” məxsusi onun üçün hazırlanıb. Avtomobilin dəqiq texniki xarakteristikası sirr saxlanılır. Amma məlumdur ki, bu avtomobil hətta qumbaratana davamlıdır. Avtomobillərin təkərləri sıradan çıxdıqda belə, sürətlə hərəkət etməyə qadirdir. ABŞ prezidentinin maşının ilkin qiyməti 300 min dollardan başlayır

Rusiya prezidenti Vladimir Putin adətən alman maşınlarına üstünlük verir. Kreml sahibinin kortejinə “Mercedes G-Class”, “Mercedes E-Class”, standart model S-Class, “BMW 5-Series” və “Volkswagen Caravelle” daxildir. Putinin fransalı həmkarı Fransua Olland yerli istehsala üstünlük verir. O, zirehli “Citroen C6”, “Renault Vel Satis” və “Peugeot 607” kimi avtomobillərdən istifadə edir.

Azərbaycan rəhbəri İlham Əliyev rəsmi səfərlərdə zirehli “Maybach 62” limuzinindən istifadə edir. Bundan başqa onun ixtiyarında xidməti istifadəsi üçün sifarişlə hazırlanmış “Mercedes-Benz W221 S600 Guard Pullman” zirehli avtomobili də var. Əliyevin ixtiyarındakı zirehli “Maybach 62” avtomobilinin başlanğıc qiyməti 352 min dollardan başlayır. Bu rəqəm avtomobilin ilkin qiymətidir. Edilən sifarişlər, avtomobilin salonunda edilən dəyişiklik və dizayndan asılı olaraq qiyməti də artır. Azərbaycan rəhbərinin istifadə etdiyi digər avtomobil “Mercedes-Benz W221 S600 Guard Pullman” dünyada ən bahalı və lüks maşınlar siyahısında liderərdən biridir. Bu avtomobilin başlanğıc qiyməti 500 min avro civarındadır. “Mercedes-Benz W221 S600 Guard Pullman”ın qiyməti də dizayn və salonda edilən dəyişikliklərdən asılı olaraq dəyişir. Avtomobilin qiyməti 1 milyon avrodan da baha olar bilər.

Turan