Kürd dövləti İsrailin maraqlarına uyğundur

Qüdsdə hazırlanan hesabatda maraqlı detallar öz əksini tapıb

Qüdsdə yayımlanan bir hesabatda Yaxın Şərqə səpələnmiş kürdlərin ən az bir dövlət qurmağa layiq olduğu və Şimali İraqda qurulacaq dövlətin İsrailin maraqlarına cavab verə biləcəyi öz əksini tapıb. “Jerusalem Center for Public Affairs” tərəfindən hazırlanan hesabat İsrailin keçmiş baş naziri İsaq Rabinin xarici siyasət üzrə müşavirlərindən biri, istefada olan kəşfiyyat zabiti Jak Neria tərəfindən qələmə alınıb.

Nerianın hesabatında kürdlərin Yaxın Şərqdə baş verən olaylar fonunda öz müqəddəratını təyin etmə haqqından istifadəyə hazırlaşdığı bildirilir. Kürdlərin İraqdan sonra indi də Suriyada dövlət qurma cəhdlərini sürətləndirdiyini yazan Neria İsrailin hər iki ölkədəki kürd məsələsinə həssas yanaşmalı olduğunu vurğulayıb. İstefada olan keçmiş kəşfiyyat zabiti Yaxın Şərqdəki 35 milyon kürdün ən az bir dövlət qurmaq haqqının tanınmalı olduğunu bildirib.