“Hər vaxtı ötmüş fahişə…”
Rusiya baş nazirinin müavini Dmitri Roqozin Moskvada konsert proqramı ilə çıxış edən amerikalı məşhur pop ulduzu Madonnanı təhqir edib. O, “Twitter” səhifəsində Maddonanın Moskvada “Xilasedici İsa Kilsəsi”ni təhqir etmək ittihamı ilə həbs olunan “Pussy Riot” qrupunun üzvləri haqqında dediyi ifadəyə təhqiramiz münasibət bildirib: “Hər vaxtı ötmüş fahişə hamıya mənəviyyat haqqında mühazirə oxumağa çalışır. Əsasən də onlar bunu turne və qastrollar zamanı edirlər”.
Xatırladaq ki, Madonna Moskvanın “Olimpiski” sarayında verdiyi konsert zamanı “Pussy Riot” qrupunun üzvlərinə dəstəyini bildirib və onların azadlığı üçün Putinə çağırış edib.