Qadın güləşçimiz bürünc medal qazandı

Yuliya Ratkeviç bürünc medal uğrunda rusiyalı Valeriya Jolobova ilə üzə-üzə gəlib. Rəqibin ciddi müqaviməti ilə rastlaşmayan Yuliya çətinlik çəkmədən qələbə qazanıb. Bununla da Ratkeviç Azərbaycana növbəti medal qazandırıb.

***

Yuliya Ratkeviç 3-cü yer uğrunda təsəlliverici görüşlərə qatılıb. İdmançımız ilk rəqibi amerikalı Kelsi Kempbelə qalib gəlib. Bu o deməkdir ki, Yuliya bürünc medal uğrunda rusiyalı Valeriya Jolobova ilə üz-üzə gələcək.

***

Qadın güləşçimiz Yuliya Ratkeviç 1/4 finalda yaponiyalı Saori Yoşida ilə üz-üzə gəlib. İdmançımız rəqibinə ciddi müqavimət göstərsə də, yarımfinala vəsiqə qazana bilməyib.

***

London Olimpiadasında ikinci qadın güləşçimiz bu gün mübarizəyə qoşulub. 55 kq çəkidə yarışan Yuliya Ratkeviç yunanıstanlı rəqibi Maria Prevolarakini məğlub edərək 1/4 finalına vəsiqə qazanıb.