Rövnəq Abdullayev Yavər Camalovun onun əleyhinə müraciətlər təşkil etdiyini düşünür
Müdafiə sənayesi naziri Yavər Camalovla Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında ziddiyyətlər alovlanıb. Məlumat üçün deyək ki, adıçəkilən məmurların münasibəti daim gərgin olub.
Yavər Camalov 2006-cı ilin əvvəlinə qədər ARDNŞ-in “Azneft” Istehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. Neft emalı zavodları istisna olmaqla, neftlə bağlı bütün müəssisələr “Azneft” IB-in tərkibində olub. O, IB-in baş direktoru işləyərkən mühüm postlara öz yaxınlarını, qohumlarını yerləşdirə bilmiş, faktiki olaraq ARDNŞ-də muxtar status əldə etmişdi. 2006-cı ilin əvvəlində Rövnəq Abdullayev ARDNŞ prezidenti təyin edildi. Yavər Camalovun həm neft sahəsini Rövnəq Abdullayevdən yaxşı bilməsi, həm də əldə etdiyi muxtariyyətə görə onunla hesablaşmaması ARDNŞ prezidentinin onu vəzifəsindən uzaqlaşdırması ilə nəticələndi. Daha sonra Rövnəq Abdullayev Yavər Camalovun yaxınları işdən çıxardı.
Şirvan şəhərinin əhəmiyyətli hissəsinin qazsız qalmasının kökündə də bu bu iki məmurun arasındakı ziddiyyətlər dayanır. Rövnəq Abdullayev Yavər Camalovun qardaşı Mərdan Camalovun icra başçısı olduğu şəhərə qaz vermək istəmir.
Əldə etdiyimiz məlumatlara görə, artıq Şirvan əhalisi nədən qazsız qaldıqlarını bilirlər. Hər halda onlar Ilham Əliyevə müraciətlərində yazıblar ki, məsələnin kökündə Rövnəq Abdullayevin Camalovlarla konfliktdə olması dayanır. Məlumatlarda bildirilir ki, Şirvana qaz verilməsi ilə bağlı Prezident Administrasiyasına yüzlərlə müraciət ünvanlanıb. Sakinlər açıq şəkildə bildirirlər ki, iki məmurun arasındakı ziddiyyətlin qurbanı olmaq istəmirlər. Bu müraciətlər isə iki məmur arasındakı ziddiyyətlərin alovlanmasına gətirib çıxarıb. Rövnəq Abdullayev düşünür ki, Şirvan əhalisinin məktubların Camalovlar tərəfindən təşkil olunduğunu düşünür. Ona görə də prinspial olaraq Şirvana qaz vermək istəmir. ARDNŞ prezidenti bununla Mərdan Camalovun “vurulması”na nail olmağa çalışır.
Hikmət