Qubad İbadoğlu: “Ümumi dövriyyənin çox hissəsini fiziki şəxslərin payına yazıb statistik artıma nail olmaq istəyirlər”
Gəlirlərin 60 faizi ərzağa xərclənən Azərbaycanda yoxsulluq rəsmən təsdiqlənir
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 9,6 mlrd manat məbləğində istehlak malları satılıb.
Bunun da 1,2 mlrd manatı hüquqi şəxslərin, 4,5 mlrd manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 3,9 mlrd manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrinin payına düşüb. Ancaq rəqəmlər müəyyən şübhələr yaradır. Çünki fiziki şəxslərin ölkəyə istehlak malları gətirməsi halları, demək olar, yoxdu. Bu proses hüquqi şəxslər tərəfindən həyata keçirilir. Belə olan halda fiziki şazislərin hüquqi şəxslərdən təxminən 4 dəfə çox istehlak malları satması real görsənmir.
Statistika Komitəsinin məlumatlarından həm də məlum olub ki, əhali gəlirlərinin 60 faizini ərzaq, qalan hisəsini isə qeyri-ərzaq mallarının alınmasına səfr edir. Bu da kifayət qədər yüksək göstəricidir. Hərçənd ki, beynəlxalq standartlara əsasən, öz gəlirlərinin 35 faizdən çoxunu ərzağa xərcləyən əhali yoxsul sayılır.
İstehlak mallarının satılmasına gəldikdə, ekspertlər statistik məlumatların reallığı əks etdirmədiyini deyir.
İqtisadçı-ekspert Qubad İbadoğlu Statistika Komitəsinin ümumi dövriyyənin çox hissəsini fiziki şəxslərin payına yazıb statistik artıma nail olduğunu deyir. Çünki ÜDM-in komponentlərindən biri də istehlak olduğundan bu göstərici həm də ÜDM-də istehlak səviyyəsini xarakterizə edir. Ancaq hər bir halda dəqiq statistikadan söhbət gedə bilməz.
Ekspertin sözlərinə görə, hüquqi şəxslərin payının az, fiziki şəxslərinin payının çox olmasında vergidən yayınma məsələsi də ola bilər. Amma bu yalnız idxal üçün keçərlidir. Çünki daxildə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların hər biri sadələşdirilmiş vergi ödəyiciləridir.
Fizzə