Boinq və NASA-nın birgə proyekti olan üçbucaq formalı X-48C təyyarəsi test uçuşunu uğurla başa vurub. Uçuş 9 dəqiqə çəkib. Əvvəlcə uçuşun 30 dəqiqə çəkməsi nəzərdə tutulsa da, sonradan bu müddət azaldılıb. Təyyarə quruculuğunda inqilabı addım olan bu kəşf havada daha yüksək sürət yığmağa imkan yaradır. Bundan başqa təyyarənin bu forması uçuş zamanı yaranan səsi də azaldır. Alimlər iyirmi il sonra məhz bu formalı uçuş aparatlarının ümumi istifadəyə verməyi düşünürlər.
Belə aparatın kəşfini zəruri edən səbəblər isə hazırda istifadə də olan təyyarələrdə artıq maksimal uçuş sürətinin qazanılması ilə bağlıdır. Onu da qeyd edək ki, yeni kəşf həm hərbi, həm də sərnişin daşınmasında istifadə olunacaq.
İnformasiya şöbəsi