“Qara polkovnik” kimi tanınmış Fətulla Hüseynovun oğlu Tahir Hüseynov avtomobil qəzasında həlak olub. Hadisə ötən gecə Suraxanı rayonərazisində baş verib. Rayon Polis İdarəsinin yaydığı məlumata görə, hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub. “Toyota” markalı avtomobil yoldan çıxaraq aşıb və sürücüsü Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan daha bir sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Fətulla Hüseynovun oğlu avtoqəzada öldü
•