Daha iki əsgər itirdik

Azərbaycan Ordusu növbəti əsgər ölümləri qeydə alınıb.
APA-nın məlumatına görə, Şəmkir hərbi birləşməsinin Qazax rayonunda yerləşən hərbi hissəsində əsgər Bəhruz Seydulla oğlu Rəhimov hərbçi yoldaşının əlindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Məlumata görə, hadisə avtomat silahı təmizləyərkən baş verib. Ehtiyatsızlıqdan açılan güllə B.Rəhimova dəyib və o aldığı güllə yarasından vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. B.Rəhimov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
“Milaz.info”nun yaydığı məlumata görə isə daha bir əsgər ölümü MN-in Lənkəranda yerləşən hərbi hissəsində baş verib.