Rusiyada peyk fiaskosu

“Ekspress” və “Telkom” peykləri tullantıya çevrilib

Rusiyada “Ekspress” və “Telkom” peyklərinin buraxılışı uğursuzluqla nəticələnib. Ştatdankənar buraxılış nəticəsində həmin peyklərin idarəedilməz olduğu və orbitdə olan kosmik aparatlar üçün təhlükə törədə biləcəyinə dair iddialar yayılıb.

“Ekspress” və “Telkom” peyklərinin uçuş orbitinin korreksiyası qeyri-mümkün olduğundan, onların kosmik tullantıya çevrildiyi ehtimal edilir. Peyklərin Beynəlxalq Kosmik Stansiya ilə toqquşması riskinin də olduğu bildirilir.