Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov uzun sürən xəstəlikdən sonra avqustun 7-də vəfat edib.
Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib.
Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. “İstiqlal” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
1996-2005-ci illərdə Milli Məclisin sədri vəzifəsində çalışıb. 2005-ci ildə 11 saylı Qaradağ seçki dairəsindən yenidən deputat olsa da, spiker vəzifəinə seçilməyib. 2010-cu il parlament seçkilərində isə Yeni Azərbaycan Partiyası Ələsgərovu namizədlər siyahısına daxil etməyib.