ziya-samir

İki nazirin müdhiş maxinasiyası

ziya-samirZiya Məmmədovla Samir Şərifov kompensasiyaları necə mənimsəyib?

Nəqliyyat naziri Ziya Məmmədov və maliyyə naziri Samir Şərifov müdhiş maxinasiyada ittiham olunur. “Reytinq” qəzetinin yazdığına görə, Ziya Məmmədov Bakıda yeni salınan və təmir olunan yolların mühafizə zolağına düşən yaşayış və qeyri-yaşayış sahələrinə ödənilməsi nəzərdə tutulan kompensasiyanın ən azı 20 milyon manatını mənimsəyib.
Bu məsələdə Samir Şərifov da onunla ortaq olub. Bildirilir ki, Bakıda müxtəlif istiqamətlərə çəkilən yollarla bərabər, Bakı-Rusiya sərhədinə çəkilən yolların tikintisi zamanı dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə və bu qurumun tabeliyində olan “Azəryolservis” ASC-yə milyonlarla manat ayrılıb. Həmin vəsaitlərin ayrılmasına Maliyyə Nazirliyi nəzarət etsə də, bu qurum Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə əlbir olaraq Nazirlər Kabinetinə kələk gəliblər. Onlar yolların mühafizə zolağına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə qanunda nəzərdə tutulan məbləğdə vəsait ödənilməyib. Lakin sənədlərdə ödəmələr artıqlaması ilə göstərilib. Bu məsələdə bəzi obyekt sahibləri də səhlənkarlıqdan və ya qorxudan Nəqliyyat Nazirliyinə dəstək veriblər.
Lakin bəzi obyekt sahibləri heç nədən çəkinməyərək bu maxinasiyada iştirakdan imtina ediblər və Nəqliyyat Nazirliyi ilə “Azəryolsevris” ASC-ni məhkəməyə veriblər.
Məlumatda deyilir ki, Ziya Məmmədov Prezident Administrasiyasında məruzə edərkən yol çəkilişləri zamanı yaranmış mülkiyyət mübahisələrində mülk sahiblərini günahkar çıxarıb. Nəqliyyat naziri fırıldaqlarını ört-basdır etmək üçün “yuxarılar”a yalan məlumatlar verib. Guya mülk sahiblərinə bazar qiyməti ilə pul təklif olunsa da, onlar bundan imtina edərək dəfələrlə artıq məbləğ tələb ediblər.
Ziya Məmmədovun yalanlarını Samir Şərifov da hesabatına salıb. Beləliklə də, hər iki nazir birləşərək “yuxarılar”ı aldadıb.