İcra başçısı Əziz Əzizov sahibkara təzyiq edir
Cəlilabad rayon sakini Rüstəm Rüstəmov “Azadlıq”a məktub yollayıb. O, bildirir ki, Ilham Əliyevin Cəlilabada səfəri ərəfsində mətbuata verdiyi açıqlama icra başçısı Əziz Əzizovu qəzəbləndirib.
Icra başçısı onu hədələyərək söylədiklərini mətbuatda təkzib etməsini tələb edir: “Mən Azadlıq Radiosuna bildirmişdi ki, Cəlilabadda obyektləri uçurulmuş sahibkarlar Ilham Əliyev qara lentlə gözləyir. Biz uçurulmuş obyektlərimizin yerinə qara lent bağlayaraq prezidentin diqqətini Cəlilabadda sahibkarlara necə divan tutulduğuna cəlb edək. Bu aksiyanı elədik. Və mən ”qara lent” mübarizəmi davam etdirirəm. Amma icra başçısı məni hədələyir ki, söylədiklərinə təkzib verməlisən. Mənim təkzib vermək niyyətim yoxdur. Mən rüşvətxorluğa, korrupsiyaya, ədalətsizliyə qarşı mübarizəmi davam etdirəcəm”.