Ukraynada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava baş verib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Odessada baş verən davanın qız üstündə olduğu deyilir. Bu barədə Daxili İşlər Nazirliyinin Odessa şəhər idarəsinin mətbuat xidmətinin rəhbəri Tatyana Xmelniçkaya məlumat verib.
Onun sözlərinə görə, dava qadın üstündə düşüb. Kimsə kiminləsə görüşüb, daha sonra birinin qardaşı qohumları ilə gəlib. Qaynar başla münaqişəni sülh yolu ilə həll edə bilməyiblər, yumruq davasına keçdilər. Davada 10-a yaxın şəxsin iştirak etdiyi və onun etnik səbəblərdən baş vermədiyi deyilir.