Türkiyədə 2 həftəyə 115 PKK-çı öldürülüb

Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda son 14 gündə 115 PKK terrorçusu zərərsizləşdirilib. Bunu Türkiyənin daxili işlər naziri İdris Naim Şahin “Ədalət və İnkişaf Partiyası”nın üzvləri ilə iftar yeməyində açıqlayıb.

Nazir dünən Hakkaridə 6 əsgərin və 2 mühafizəçinin ölümü, 14 terrorçunun da zərərsizləşdirilməsi ilə nəticələnən PKK hücumu və atışmalarla bağlı da açıqlama verib. İdris Naim Şahin atışma zamanı PKK-çıların bir mikroavtobusa 10 terrorçu meyiti dolduraraq qaçdıqlarını deyib.