Navalnının ofisindən “juçok” çıxdı

Rusiyada müxalifət fəallarından olan Aleksei Navalnı avqustun 6-da bildirib ki, onun Moskvadakı ofisindən dinləmə cihazı, hətta kiçik videokamera tapılıb.
Navalnı deyib ki, polisi hadisə yerinə çağırıb. Amma polis də ofisdən daha iki mikrofon, radioötürücü, kamera və batareya avadanlığı tapıb.

Aleksei Navalnı ofisin axtarışı zamanı çəkilmiş videonu da internetdə yayıb.
Navalnı hazırda istintaq altındadır. O, 2009-cu ildə Kirov rayon qubernatoru olarkən cinayət əməllərində suçlu sayılır.

Onun tərəfdarları isə Navalnıya qarşı ittihamların siyasi motivli olduğunu, hakimiyyətin onun siyasi fəaliyyətini dayandırması üçün belə təzyiqlər etdiyini deyirlər (“Azadlıq” radiosu).