“Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova “Azadlıq” qəzetini və onun əməkdaşları Ramin Deko ilə Hikməti məhkəməyə verib. Bu barədə “Azadlıq”a Yasamal rayon məhkəməsindən göndərilən bildirişdə qeyd edilib. “Binə”nin sahibi məhkəmə müraciətində qeyd edib ki, bu ilin 7 iyul tarixində “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələr onun işgüzar nüfuzunu ləkələyib. İddiaçı tərəf təkzib verilməsini və cavabdehlərin hər birinin 50 min manat cərimələnməsini, bu məbləğin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş edir.
İnformasiya şöbəsi