Həsən Əliyev (60 kq) yarımfinalda gürcüstanlı rəqibinə məğlub olub. Çətin keçən görüşdə idmançımız Revaz Laşxiyə 1:2 hesabı ilə uduzub. Beləliklə, Həsən Əliyev finalda çıxış etmək şansını qaçırıb. Əlavə edək ki, pəhləvanlarımız O, 1/8 finalda norveçli Andre Berqe Stiqlə üz-üzə gəlib. Gərgin keçən görüş əlavə hissədə güləşçimizin qələbəsi ilə başa çatıb. Həsən Əliyev 1/4 finalda Cihyun Junqla üz-üzə gəlib. Çətin keçən görüşdə idmançımız asiyalı pəhləvana qalib gələ bilib və yarımfinala vəsiqə qazanıb.
Döşək üzərinə çıxan ikinci güləşçimiz Saman Təhmasibi (84 kq) Gürcüstan təmsilçisi Vladimir Gegeşidze ilə güləşib. Həmyerlimiz rəqibinə uduzub. Gürcüstan təmsilçisi finala çıxacağı təqdirdə təmsilçimiz bürünc medal uğrunda mübarizə apara bilər.