Bolt yenə hamıdan bərk qaçdı

London Olimpiadasında kişilər arasında 100 metrflik məsafəyə qaçış üzrə çempion növbəti dəfə dünyanın ən sürətli sprinteri, yamaykalı Usein Bolt olub. Bolt qızıl medalla yanaşı rekordunu da təzələyib. O, məsafni 9.69 saniyəyə qət edib (Pekin Olimpiadasında 9.83 saniyə ilə birinci yeri tutmuşdu). Boltun həmyerlisi və yarışdan qabaq birinci yer tutacağı daha çox proqnozlaşdırılan Yohan Bleyk 9.75 saniyə ilə ikinci olub. Üçüncü yeri isə 9.79 saniyə ilə amerikalı Castin Qetlin tutub.