Suriyanın ilk kosmonavtı Türkiyəyə qaçdı

General Məhəmməd Faris müxaliflərə qoşulub

Suriyanın ilk kosmonavtı, general Məhəmməd Faris Türkiyəyə qaçıb. Türkiyə mediasının xəbərinə görə, Faris Hələbdə üsyançı əsəglərin qərərgahında da olub və Əsəd rejiminə qarşı onlarla birlikdə olduğunu bəyan edib.

Əlavə edək ki, Məhəmməd Faris peşəcə hərbi pilotdur və 1987-ci ildə Rusiyanın “Soyuz” gəmisində kosmosa uçub. Daha sonra Faris Suriyaya qayıdıb və hərbi pilotların hazırlanması ilə məşğul olub. Hazırda onun 61 yaşı var.