Suriya hökuməti ölkənin ikinci ən böyük şəhəri Hələbə üsaynçılara qarşı vuruşmaq üçün 20 min əsgər göndərilməsi haqda qərar verib. Hələbdə əsgərlərlə üsyançılar arasında şiddətli döyüşlər davam edir. Əsəd rejimi müxaliflərə yönəlik hücumlarda əməliyyatlarda hərbi təyyarələr və helikopterlərdən də istfadə edilir. Şəhər iri miqyaslı artileriya atəşinə məruz qalır.
“BBC”nin məlumatına görə, üsyançılar da öz qüvvələrini Hələbə doğru istiqamətləndirib. Şəhərin 60 faizi və strateji nöqtələri müxaliflərin nəzaərtindədir. Hələbə ötən gün yaşanmış qarşıdurmalar zamanı 113 nəfərin öldüyü bildirilir.