İran Türkiyədən yardım istədi

Tehran rejimi Suriyada qaçırılan 48 zəvvarın azad olunması üçün Ankaraya minnətçi düşüb

İran Suriya paytaxtı Dəməşqdə qaçırılan zəvvarların geri qaytarılması üçün Türkiyədən kömək istəyib. İranın xarici işlər naziri Əli Əkbər Salehi və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu arasında baş tutmuş telefon danışığı zamanı Suriyadakı hadisələrlə yanaşı 48 şiə zəvvarın geri qaytarılması da müzakirə olunub. Salehi iranlı zəvvarların azadlığa buraxılması üçün Türkiyənin səylərini ortaya qoymasını istəyib, Davudoğlunun cavabı isə müsbət olub.

Əlavə edək ki, 48 iranlı zəvvar Dəməşqdən aeroporta gedərək onların əyləşdiyi avtobus silahlı şəxslərin hücumuna məruz qalıb. Xatırladaq ki, Suriya rejimini dəstəklədiyi üçün İran vətəndaşları bu ölkədə tez-tez hücumlara məruz qalır.