London Olimpiadasında Qazaxıstan idmançısı İlya İlyin yeni dünya rekordu müəyyənləşdirib. Ötən gün ağırlıqqaldırma üzrə keçirilən yarışda o, toplam 418 kq qaldırmaqla özünün Olimpia çempionluğunu ilə yanaşı dünya rekordunu da təzələyib.
94 kq çəki dərəcəsində yarışan 24 yaşlı atlet birdən qaldırmada 185, təkanla qaldırmada isə 233 kq-ın öhdəsindən gəlib.
İlya İlyin 2008-ci il Pekin Olimpiadasında da qızıl medal qazanmışdı. Ötən il isə Parisdə ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatının birincisi olmuşdu.
İdmançı yarışdan sonra verdiyi açıqlamada bildirib ki, bu dəfə qazandığı qələbəni əvvəlki qələbələrindən fərqləndirir. “Bu, mənim üçün sadəcə qızıl medal deyil, triumfdur”, – deyə o qeyd edib.
azadliq.info