Türkiyə səfirliyindən təkzib

Türkiyə səfirliyinin yaydığı açıqlamasında qeyd olunur ki, bəzi mətbuat orqanlarında gedən xəbərlərdə Türkiyənin London səfirliyindən iki səlahiyyətlinin Yerevanda Miras Partiyası rəhbərliyi ilə görüşdüyü iddia olunub.
Açıqlamada bildirilir: “Xəbərlərdə adları keçən Koray Balkaya və Sera Çətin İngiltərənin Ankara səfirliyində vəzifəli olub, Türkiyə Cümhuriyyətinin rəsmi təşkilatlarıyla bağları yoxdur. Bu durum araşdırıldığı təqdirdə Miras Partiyasının internet səhifəsində yer verilən və tərcüməsi aşağıda təqdim edilən mövzuya bağlı şərhdən (http://www.heritage.am/hy/news/110-310712) də açıqca görünə bilər”.

Belə məlum olur ki, Yerevanda siyasətçilərlə görüşən türk diplomatlar Türkiyəni yox, İngiltərəni təmsil ediblər.