Suriya dövlət televiziyasının aparıcısı edam edilib

Suriya dövlət televiziyasının məşhur aparıcısı Məhəmməd əl Səidin edam edildiyi açıqlandı. Londonda yerləşən Suriya İnsan Haqqları Monitoriinq Təşkilatının bildirdiyinə görə, keçən ay Dəməşqdəki evindən qaçırılan Səidin edamını Əl Nusra Cəbhəsi adlı İslamçı müxalif qrup öz üzərinə götürüb.
“Frans Press” isə xəbər verir ki, Əl Nusra Cəbhəsinin bununla bağlı açıqlamasında aparıcının 19 iyulda həbs edilərək sorğulandıqdan sonra öldürüldü bildirilir.
İnternet saytlarından birində aparıcının qorxmuş göründüyü bir foto şəkili yayılıb. Fotonun altına isə “Rejimə dəstək verənlərə bu dərs olsun” sözləri yazılıb.